Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Maaş və pensiyalar bu tarixdə artırılacaq - AÇIQLAMA

Baxılıb: 633     Tarix: 30-07-2024 13:23   

Azərbaycanda pensiya və maaşların artırılması gündəmdə olsa da artım faizinin hansı aralıqda olacağı müzakirə mövzusudur.
Mövzu ilə bağlı iqtisatçı ekspert Xalid Kərimli BAKU.WS-ə bildirib ki, pensiya artımı hər il olur:
"Muzdlu işçilərin orta illik əmək haqqı neçə faiz artırsa, həmin rəqəm qədər də pensiyalar artır. Dövlət Statistika Komitəsi bu ilin 5 aylıq artımını təqdim edib. Belə ki, son 5 ayda 9,4% artım olub. Əgər bu tendensiyada davam edərsə, pensiyalar yanvarın 1-dən 9,4% artacaq.
Özəl sektorda maaş artımına məcburiyyət yoxdur. Bunu əmək bazarı müəyyənləşdirir. O ki qaldı minimum əmək haqqına, hansı ki ən son 2023-cü il yanvarın 1-i artırılıb. Bunun da 01.01.2025-ci ildə artırılacağı gözlənilir. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə noyabrın əvvəlinə qədər vaxt verilib. Düşünürəm ki, minimum əmək haqqına 10-15% artım olacaq. Bu dövlət sektoru üçün keçərlidir. Ancaq bir müddət sonra müəyyən qədər özəl sektorun minimum əmək haqqısına da təsir edəcək.
Ümumilikdə, maaş və pensiyalar yanvarın 1-dən artırılacaq və dəqiq rəqəmlər noyabrda məlum olacaq."

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar