İlan "mələyən" KƏND: Naxçıvanda bu kəndin adını Nuh peyğəmbər QOYUB? - VİDEO
Baxılıb: 409 Tarix: 05-08-2024 11:39
Naxçıvanın ən qədim yaşayış məskənlərindən biri də Nəhəcir kəndidir. Tədqiqatçıların fikrincə bu kəndin adı, Nuh peyğəmbərin adı ilə bağlıdır. Nəhəcir dağının ətrafında yerləşən kəndin adının mənası Nuhun yamacı deməkdir.
Qanunvehedef.az xəbər verir ki, mövzu ilə bağlı "Apa TV"nin əməkdaşları kəndin tarixi ilə bağlı maraqlı süjet hazırlayıb:
"Kəndimiz orta tunc dövründə yaranıb. Kəndin əhatəsində 4 qəbiristanlıq olub. Bu dəqiqə hələ də onların izləri qalır. Təxminən 3500 il bundan əvvələ gedib çıxır. Əfsanəyə görə, Nuh peyğəmbər buradan gəlib keçən zaman müəyyən qədər əziyyət çəkib. Nuh peyğəmbər bizim kəndimizin adını qoyub. Amma ensiklopediyada yazılıb ki, kəndin mənası yoxuş və yamac deməkdir. Bu kimi başqa versiyalarda mövcuddur".
Yerli sakinlər deyirlər ki, qızmar yay günlərində sakinlər də, ilanlar da kəndin bulağının başına yığışırlar:
"Qürurla göstərilən uca zirvə ata və yanındakı anadır. Qucağında olan isə uşaqdır. Uşağın aşağısından bizim daş çeşmə yerləşir. Nəhəcir kəndi o suyun varlığı ilə neçə illərdir belə yaşayır".
Ətraflı "Apa TV" süjetində:
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər