Xəbər lenti
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kolleclərə qəbul olmaq istəyənlər üçün vacib xəbər

Baxılıb: 356     Tarix: 05-08-2024 11:47   

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi prosesi 5 avqust saat 23:59-da yekunlaşacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeyd olunub ki, ixtisas seçimində iştirak etmək üçün abituriyentlərin qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmamalıdır.
DİM-in 5 avqust saat 09:45-ə olan statistikasına əsasən, indiyədək Azərbaycan bölməsi üzrə 12 927, rus bölməsi üzrə isə 364 abituriyent ixtisas seçimi edib. Beləliklə, ümumilikdə 13 291 abituriyent kolleclərə qəbul olmaq üçün ixtisas seçimində iştirak edib.
Qeyd edək ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul prosesi ildən-ilə təkmilləşdirilir. Son illərdə kolleclərə maraq artmaqdadır.
Dövlət orta ixtisas təhsili müəssisələri ilə yanaşı, özəl kolleclər də fəaliyyət göstərir və abituriyentlərə müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.
Xatırladaq ki, müsabiqəyə yalnız qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar