Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Lənkəranda körpünü sel apardı, 4 kəndlə əlaqə kəsildi - Foto

Baxılıb: 550     Tarix: 06-08-2024 12:14   

İntensiv yağış Lənkəran rayonunda ucqar dağ kəndinin sakinlərini çətin vəziyyətə salıb.
“Qafqazinfo” xəbər verir ki, Daştatükdə Bəşəru çayı üzərində olan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri ilə əlaqə kəsilib.
Körpünü sel aparması sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaradıb. Onların sözlərinə görə, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəruda su çoxalacaq və çayın o tayında yaşayan 60-a yaxın şagird məktəbə gedə bilməyəcək.
Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov bildirib ki, adıçəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib. Bu il iyunun 26-sı intensiv yağışdan sonra çaya sel gəlib və gecə saatlarında körpünü dağıdıb: “Həmin gün aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik”.
Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin körpünün digər tərəfində qalıb.


Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar