Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək

Baxılıb: 820     Tarix: 06-08-2024 13:10   

Məlum olduğu kimi, 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq. Abituriyentlər TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər.
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, ali təhsil ocağının binası Bakının Xətai rayonunda yerləşəcək.
Türkiyə-Azərbaycan Universitetinin Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcəyi deyilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bu məlumatı təsdiqləyiblər.
BANM-in isə 2024/2025-ci tədris ilində bu il ləğv edilən Bakı Fransız Liseyinin binasında fəaliyyət göstərəcəyi qeyd olunur.
Artıq BANM-in Xətai rayonunda yerləşən inzibati binasının köçürülməsinə başlanılıb. Universitetin Mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar