Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avqustun 9-da 38° isti olacaq

Baxılıb: 691     Tarix: 08-08-2024 12:37   

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə , Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.

Qanunvehedef.azшаблоны для dle 11.2