Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Media subyektləri üçün bütün lazımi şərait yaradılıb”

Baxılıb: 887     Tarix: 08-08-2024 14:57   

“Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan Milli Məclisə seçkilər medianın gündəmində də aparıcı mövzuya çevrilib. Ölkəmizin siyasi mühiti üçün xarakterik olan demokratik və şəffaf seçkilərin işıqlandırılması prosesində iştirak edən media subyektlərinin peşəkarlıq funksiyasını uğurla yerinə yetirməsi üçün bütün lazımi şərait yaradılıb”.
Qanunvehedef.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov avqustun 8-də media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.
Ə.İsmayılov bildirib ki, Azərbaycanın peşəkar jurnalistləri bir tərəfdən cəmiyyətin ictimai əhəmiyyətli informasiya ilə təmin edilməsində, digər tərəfdən ölkəmizin informasiya mühitinin çirkləndirilməsi cəhdlərinin qarşısının alınmasında, müxtəlif yönləndirici manipulyasiyaların vaxtında müəyyənləşdirilib təsir dairəsinin minimuma endirilməsində fəallıq göstərir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar