Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ali təhsil üzərə ixtisas seçimi bu gün başa çatır

Baxılıb: 677     Tarix: 19-08-2024 11:26   

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib. 1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.
İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar