Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Salyan postunda qalmaqal: ata və oğlu saxlanıldı - Foto

Baxılıb: 770     Tarix: 06-09-2024 11:42   

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Salyan rayonu ərazisində yerləşən stasionar postunda KİA markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Məlumata görə, sürücüdən sənədlər istənildikdə o, avtomobildən düşərək qaçmağa çalışıb, lakin YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Orxan Allahverdiyev olması və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşməsi müəyyən edilib.
Faktın araşdırılması zamanı polisin qanuni fəaliyyətinə müdaxilə etməyə cəhd edən O.Allahverdiyevin valideyni övladının hüquqazidd əməllərinə haqq qazandırmağa çalışıb, DYP əməkdaşlarına hədə-qorxu gələrək, müqavimət göstərib.
Hər iki şəxs saxlanılaraq ərazi aidiyyəti üzrə polis orqanına təhvil verilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar