Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Səbinə Əliyeva: Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

Baxılıb: 795     Tarix: 06-09-2024 12:14   

Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 6-da Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-a həsr olunmuş tədbirə dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılacaq, iqlim dəyişikliyi də müzakirə ediləcək.
S.Əliyeva bildirib ki, Azərbaycan Konstitusiyası sağlam ətraf mühitin təmin olunmasını təmin edir:
"Sağlam ətraf mühitdə yaşamaq hüququ eyni zamanda vətəndaşların sosial durumu baxımdan əhəmiyyətlidir. Son dövrlər dünyada gedən proseslər təbiətlə cəmiyyət arasında ciddi problemlərə səbəb olub. Ekologiyanın qorunub saxlanılması və ekoloji problemlərinin yaranma səbəblərinin onların həll yollarının tapılması vacib şərtlərdəndir. İqlim dəyişikliyi ilə mübarizədə COP xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibədir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi, təbii ehtiyatların talanması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".

Qanunvehedef.az шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar