Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanın bu bölgəsinə qar yağdı

Baxılıb: 768     Tarix: 24-09-2024 10:59   

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb.
Bildirilib ki, Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar