"O bazarda az qala alt-paltarda gəzən satıcılar var"
Baxılıb: 669 Tarix: 14-10-2024 13:45
Aparıcı Aytən Səfərova növbəti açıqlaması ilə diqqət çəkib.
Qanunvehedef.az olay-a istinadən bildirir ki, Aytən aparıcısı olduğu "Xəbər ertəsi" verilişində "Maşın bazarı"nda avtomobil satan satıcıları tənqid edib.
Səfərova bildirib ki, yay aylarında həmin satıcılar əyinlərində "mayka" ilə alıcılara maşın satırlar:
"Babək prospekti, "Xalqlar" metrosu tərəfdə "Maşın bazarı" adlanan bir yer var. Bu gün tək kişilər avtomobil sürmürlər. Qadınlar da avtomobil idarə edirlər. "Maşın bazarı"na kişilər tək gəlmirlər. Onlar ora gələndə ailə üzvləri ilə birlikdə gəlirlər. "Mayka"da o tüklü qolla çıxan, az qala alt - paltarda gəzən satıcılar var. Buna bir nəzarət olunmalıdır. Xüsusi ilə yay aylarında. Biabırçılıqdır! Elə satıcılar var ki, istiyə rəğmən köynəkdə otururlar, elələri də var ki, qadın nədir, ailə nədir saymır. Onlar o "mayka"da o tərli, sulu bədənlə avtomobil satırlar. Kişilərin "arvadı-uşağı" olur, qadın sürücülərimiz var. Bu cür münasibət çox pisdir. O satıcılar o vəziyyətdə avtomobil yolunun düz ortasına çıxıb, əllərində "plyonka" satıllar. Onlar lap "Formula 1"dəki bayrağı yellədim saxla komandasını verən işçiləri xatırladırlar. Belə etmək düzgün deyil".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər