Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda toy günü bəy adam vurdu - Məclis saxlanıldı, gəlini qaytardılar

Baxılıb: 850     Tarix: 16-10-2024 14:55   

Dörd gün əvvəl baş verən qəzanın təfərrüatı ortaya çıxıb.
Qanunvehedef.az parol.az-a istinadən xəbər verir ki, oktyabrın 12-də Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınan qəza nəticəsində BMW markalı gəlin maşınının toy karvanında iştirak edən "VAZ-21015" markalı avtomobillə toqquşması nəticəsində rayonun Dələli kənd sakini, 73 yaşlı Xudiyev Əzizağanın ölməsi faktına görə həbs olunan var.
Belə ki, BMW markalı gəlin maşınını idarə edən bəy Toğrul Əzizov elə toy günü saxlanılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədən sonra ağır xəsarət alan Xudiyev Əzizağa xəstəxanaya çatdırılıb, bəy isə toyun baş tutması üçün restorana gedib. Lakin Əzizağanın xəstəxanada keçindiyi xəbəri gəlib və toy yarımçıq qalıb. Toğrul Əzizov saxlanılıb.
Bu hadisənin ardınca gəlinin valideyinləri qızını özləri ilə ata evinə aparıblar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar