Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Yağıntılar nə vaxtadək davam edəcək?

Baxılıb: 866     Tarix: 22-10-2024 10:13   

Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək.
Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
O bildirib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: “Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək”.
Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-ü ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Qanunvehedef.az



{sape_links}{sape_article}