Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İçərişəhərdəki "Burc Qala" restoranında yoxlama – 10 min cərimə edildi

Baxılıb: 777     Tarix: 31-10-2024 14:20   

İçərişəhərdə fəaliyyət göstərən "Burc Qala" restoranı külli miqdarda cərimə edilib.
Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən restoranda yoxlama keçirilib.
Yoxlama zamanı "Burc" Məhdud Məsuliyyətli Cəmiyətinə (MMC) məxsus "Burc Qala" adlı restoranında monitorinq aparılıb və müəyyən edilib ki, dəm qazı normadan artıqdır.
Restoran sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə "Burc" MMC-nin direktoru və qanuni təmsilçisi Rahil Qasımov 10500 manat məbləğində cərimə edilib. Qeyd edək ki, "Burc" MMC-nin ilk rəhbəri məşhur memar Babakişiyev Cəlal Rasim oğlu, daha sonra Heydərov Rauf Raqif oğlu olub. Qaynarinfo

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar