Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda məşhur hospital hüquq-mühafizə orqanları tərəfindən TƏFTİŞ EDİLİR

Baxılıb: 714     Tarix: 31-10-2024 14:32   

Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxlamalar aparılıb.
"Unikal"ın məlumatına görə, klinikada bəzi nöqsanlar aşkarlanıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Adıçəkilən klinikada aparılan yoxlamalarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, "General Hospital" barəsində daxil olan rəsmi müraciətə əsasən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq AEM tərəfindən plandankənar (növbədənkənar) yoxlama keçirilib və yoxlama materialları aidiyyəti üzrə növbəti icraata göndərilib.
"General Hospital" klinikasının baş həkimi Rüstəm Mikayılov yoxlamaların hazırda da davam etdiyini bildirib:
"Vətəndaşa verdiyimiz bülletenlə bağlı yoxlama aparıldı. İndi də klinikada yoxlama var.
"Həmin işlə bağlı hazırda Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Getdik, prokurorluqda məsələ ilə bağlı məlumat verdik. İş yekunlaşdıqdan sonra məhkəməyə göndərəcəklər", – deyə o qeyd edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar