Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bəzi rayonlara qar yağır

Baxılıb: 881     Tarix: 04-11-2024 09:55   

Noyabrın 4-ü saat 8:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterli intensiv olub:
Gədəbəy,  Kəlbəcər, Şahdağ, Quba, Xaltan, Xınalıq, Altıağac, Qusarda qar, digər bölgələrdə isə yağış yağır. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-6 mm, Lənkəran-Astara zonasında 15-54 mm, Daşkəsən-Gədəbəydə 9-15 mm, Dağlıq Şirvanda 6-17 mm, Mərkəzi Aranda 7-13 mm, Qarabağ və Şərqi-Zəngəzur, Gəncə-Qazaxda 2-6 mm, Naxçıvan MR-da 4-8 mm, Balakən-Şəkidə 3-6 mm, Quba-Qusarda 3-5 mm təşkil edir”.
“Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 9, Aran rayonlarında 10, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb. Yağıntılı hava şəraiti noyabrın 4-ü axşama doğru tədricən kəsiləcək”, - qurum rəsmisi əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar