Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

COP29-un Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir

Baxılıb: 498     Tarix: 04-11-2024 15:44   

COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Bu, eyni zamanda, Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricisidir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
Onun sözlərinə görə, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsinin olduğunu nümayiş etdirir.
“Mən Azərbaycana COP29-u yüksək səviyyədə və uğurla keçirməsini arzu edirəm. Bakıda olarkən müxtəlif məkanlarda bu böyük tədbirə hazırlıq işlərinin necə getdiyini gördüm. Ona görə də, əminəm ki, bu konfrans ən yüksək səviyyədə keçiriləcək və tarixə həkk olunacaq”, - deyən Ş.Papuaşvili bu işdə Azərbaycana uğurlar arzulayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar