Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əli Əhmədov: Dünya müharibəsiz yaşamağı öyrənə bilməyib

Baxılıb: 858     Tarix: 07-11-2024 12:36   

“İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə ölkəmizin tarixinin ən parlaq səhifəsini təşkil edib”. 
Qanunvehedef.az xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Fürsətdən istifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük hörmət və ehtiramla yad edir, İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin baş memarı Prezident İlham Əliyevi, şanlı ordumuzu təbrik edirəm.
İkinci Qarabağ müharibəsində qazandığımız qələbə regional və beynəlxalq əhəmiyyət daşıyır. Bu qələbə regiona sülh və əmin-amanlıq gətirib. Azərbaycanın qələbəsinin böyük mənası var. Dünya müharibəsiz yaşamağı öyrənə bilməyib. Azərbaycan qazandığı möhtəşəm qələbəsi ilə haqsızlığa qarşı uğurlu mübarizənin yolunu göstərdi. Həmçinin qazandığımız qələbə yaxın zamanda müharibə şəraitində yaşayan ölkələr arasında yeni münasibətlər sisteminin qurulmasının mümkünlüyünü sübut etdi”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar