Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini dövlət tənzimləyəcək

Baxılıb: 1 715     Tarix: 19-11-2024 11:58   

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti də tənzimlənən qiymətlərə daxil ediləcək. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişiklik barədə danışarkən deyib.
O qeyd edib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
“Lakin hələ ki, Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib. Qiyməti tənzimlənməyən enerji resursları, mühərrik yanacağı, Aİ-95 və Aİ-98 yanacağının qiyməti tənzimlənmir, ancaq onların istehsalı nəticəsində təbiətə ziyan dəyir.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, qiymətləri tənzimlənməyən məhsulların da fonda köçürmələri cəlb edilə bilər. Qərara gəldik ki, bunun enerji məhsullarının satışından əldə edilən gəlir kimi yazılması daha aydın olacaq və əlavə sual yaratmayacaq. Beləliklə, bu məhsulların satışından əldə edilən vəsait də fonda cəlb ediləcək”, - deyə şöbə müdiri qeyd edib.
Rauf Qurbanovun sözlərinə görə, Aİ-95 də yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən sözügedən siyahıya salınacaq.

Qəni Hüseynov
 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar