Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu məhsulun qiyməti 6 manat bahalaşdı - SƏBƏB

Baxılıb: 1 060     Tarix: 26-11-2024 11:49   

Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.
Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.
Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.
Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar