Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Natiq Cəfərli: Niyə Naxçıvanda federasiyalar ləğv olunur?

Baxılıb: 963     Tarix: 27-11-2024 15:09   

Son vaxtlar Naxçıvanda mərkəzləşdirilmiş idarəetmənin elementləri getdikcə daha çox tətbiq olunur.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Naxçıvanda idman federasiyalarının ləğv olunması prosesini şərh edərkən deyib.
“Əvvəllər Naxçıvanın bəzi regional, təkrarlanan orqanları var idi. Bu, həm dövlət idarəetməsində, həm də hökumət qurumlarında özünü göstərirdi. O cümlədən, idman təsərrüfatında da eyni qaydada yanaşmalar mövcud idi.
Ancaq son illər bütün bunlar mərkəzləşdirilir və mərkəzdən - Bakıdan idarəolunma ilə bağlı qərarlar verilir.
Ümumiyyətlə, Naxçıvanın muxtar statusunun yavaş-yavaş azaldılması prossesi müsbət istiqamətdə davam edir. Yəqin ki, məntiqi yekun kimi nə vaxtsa Konstitusiya islahatı da həyata keçiriləcək, Naxçıvanın muxtar statusunun ləğvi gündəmə gələcək və doğru olan da budur. Azərbaycan unitar dövlətdir”, - ekspert bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Karate-do və Şahmat federasiyaları ləğv edilib, əvəzində ölkəmizin eyniadlı federasiyalarının nümayəndəliyi yaradılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar