Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Lalə Azərtaşın komandasına balta ilə hücum edən şəxs SAXLANILDI

Baxılıb: 1 158     Tarix: 28-12-2024 14:32   

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ötən gün səhər saatlarında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində çəkiliş aparan "Xəzər" televiziyasının çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini Elqan Bəşirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
10:33
Aparıcı Lalə Azərtaşın çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalması ilə bağlı Kürdəmir RPŞ-də müvafiq araşdırmalar aparılır.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı N.Həmidov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən məsələ ilə bağlı araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.
***08:16
Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, aparıcı 15 yaşlı qızın ailə qurması xəbərini eşidərək, Kürdəmirə ailənin evinə yollanıb.
Çəkiliş zamanı Lalə Azərtaşa və Xəzər TV əməkdaşlarına balta ilə hücum edilib. Nəticədə, operatorun kamerası qırılıb.
Həmin görüntüləri təqdim edirik:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar