Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Zaqata rayonuna 10 sm qar yağdı

Baxılıb: 651     Tarix: 06-01-2025 12:16   

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata əsasən, bəzi yerlərdə arabir yağış yağır.  
Belə ki, düşən yağıntının miqdarı Balakəndə 3, Mingəçevir, Tovuz, Ceyrançöl, Oğuz, Gəncə, Qəbələ, Naftalan, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Şəmkir, Cəfərxan, Neftçala, Şabran, Lənkəran, Cəlilabad, Ağdam, Xocalı, Xankəndi,  Lerikdə 2, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq ərazilərdə qar yağır. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 10,  Quba, Qax (Sarıbaş), Şahbuzda 5,  Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Xınalıq, Altıağac, Şəki, Xaltan, Qusar, Qobustan, Sədərək, Naxçıvanda 1 sm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi güclənib, küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevir, Tərtərdə 18 m/s, Neftçala, Gəncədə 20 m/s, Şahdağda 19 m/s, Şirvanda 16 m/s-yə çatıb.
Balakən, Qax (Sarıbaş), Quba, Qusar, Xaltan, Qrız, Daşkəsən, Göygöl, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar