Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qazaxıstan Nəqliyyat Nazirliyi: "Qara qutu"ların məlumatları Astanada araşdırılacaq

Baxılıb: 833     Tarix: 07-01-2025 14:43   

 "AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı məlumatların araşdırılmasına yaxın günlərdə Astanada başlanılacaq".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.
Qurum "qara qutu"ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi işinin gedişatını şərh edib.
"Yaxın günlərdə uçuş qeydiyyatçılarının ("qara qutu"ların) deşifrə edilmiş materialları ilə təyyarə qəzasını araşdıran komissiyanın üzvlərinin Astanaya gəlməsi gözlənilir", - deyə məlumatda vurğulanıb.
Bildirilir ki, ekspertlər gəldikdən sonra dərhal göstərilən uçuş qeydiyyatçılarının deşifrə edilmiş məlumatlarının öyrənilməsinə başlayacaqlar.
Qeyd edək ki, bir gün əvvəl Braziliya mətbuatı mənbələrə istinadən "qara qutu"ların məlumatlarının şifrəsinin açılmasının başa çatdığını xəbər verib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar