Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Baş DYP - görünüş məsafəsi 500 metrədək məhdudlaşıb

Baxılıb: 687     Tarix: 13-01-2025 11:04   

Baş DYP İdarəsi dumanlı hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, müraciətdə deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar