Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mamusta məktəbində istilik niyə yoxdur? - Açıqlama

Baxılıb: 886     Tarix: 14-01-2025 13:21   

Lənkəran rayon M.Fərzullayev adına Mamusta kənd tam orta məktəbində hələ də istilik yoxdur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Cənublu.az saytı məlumat yayıb.
Qeyd edilib ki, məktəbə istilik sistemi iki il əvvəl çəkilsə də, bu günə qədər istifadəyə verilməyib.
Problemlə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən məktəb onların balansında deyil.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olundu ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır.
“Sözügedən Lənkəran rayon Mamusta kənd tam orta ümumtəhsil məktəbində 2023-cü ildən əsaslı təmir işlərinə başlanılıb. Təhsil müəssisəsinin istiliklə təmin edilməsi üçün qazanxananın tikintisi də yekunlaşmaq üzrədir. Təhsil müəssisəsi elektrik sobaları vasitəsilə qızdırılır. Tikintisi yekunlaşmaq üzrə olan qazanxanaya mavi yanacağın verilişi ilə bağlı müvafiq işlər aparılır. Yaxın günlərdə məktəb binası istiliklə təmin ediləcək”, - açıqlamada vurğulanıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking