Son 4 ildə bu qədər ərazi minadan təmizlənib
Baxılıb: 795 Tarix: 22-01-2025 12:29

MTM-in Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən apardığı təhlil göstərir ki, son 4 il ərzində (2021-2024-cü illər) 179 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayından ilin sonunadək təmizlənən 605,8 hektar ərazini də nəzərə alsaq, o zaman deyə bilərik ki, 2024-cü ilin sonuna kimi 179 791,8 hektar ərazi mina və partlamamış sursatlardan tamamilə təmizlənib.
Məlumat üçün bildirək ki, 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 62 023,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8% çox deməkdir.
.png)
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd
özəl şirkət yerinə yetirir.
.png)
2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 59 163 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.Xatırladaq ki, son 4 il (2021-2024-cü illər) ərzində işğaldan azad olunmuş ərazilərdə 119 104 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
.png)
Təhlil zamanı məlum olub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95%-i minalardan təmizlənib.
Bundan başqa, Tədbirlər Planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd olunub və bu işin 56,79% hissəsi icra olunub.
MTM Analitik Qrup
Ən çox oxunanlar
Son xəbərlər