Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakıda söküntü işləri zamanı nə qədər kompensasiya verilir?

Baxılıb: 901     Tarix: 22-01-2025 15:36   

"Ərazilər üzrə kompensasiyalar ayrı-ayrılıqda müəyyən olunmalıdır. Hansısa ərazi üzrə bir qiymət müəyyən olunması doğru deyil".
Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O əlavə edib ki, söküntü aparılan ərazilərdə kompensasiya ödənişləri zamanı iki istiqamət var:
"Birinci dövlət tərəfindən aparılan söküntülər, hansı ki, birbaşa dövlət proqramının tərkib hissəsi olaraq müəyyən dövlət təşkilatları - Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə Nazirliyi və başqa qurumlar tərəfindən həyata keçirilir. Bu zaman təbii ki, qiymətləndiricilər prosesə cəlb olunur. Ərazi üzrə qiymətləndirmə işi aparılır. Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi üzrə qiymətlərin müəyyən edilməsi ilə bağlı qiymətləndiricilər arasında dövlət satınalmaları yolu ilə seçimlər aparır.
İkinci istiqamət isə investisiya proqramlarıdır, yəni özəl şirkətlər tərəfindən investisiya proqramları çərçivəsində aparılan söküntü işləridir. Bu zamanda bir qayda olaraq daha çox əvəzləşdirmələrə üstünlük verilir. Yəni kiminsə orada mənzili varsa, ona yeni binadan mənzil təklif olunur. Razılaşmadığı təqdirdə isə təbii ki, qiymət məsələsi ortaya çıxır. Özəl şirkətlərin məsələyə yanaşması bir az fərqlidir, müxtəlifdir. Bəzi hallarda qiymətləndirici cəlb etmədən bu prosesi həyata keçirirlər. Bəzi hallarda bu məsələlər məhkəmə mübahisəsi yaradır və s. Hesab edirəm ki, daha çox qiymətləndiricilər prosesə cəlb olunsa və bu qiymətləndirmə aparıldıqdan sonra həyata keçirilsə, daha yaxşı olardı".
Qeyd edək ki, Bakı şəhəri üzrə aparılan söküntülər zamanı əhaliyə bir neçə ilə əvvəl 1500 AZN kompensasiya təklif olunub. Vətəndaşların bu məbləğdən narazı olmasından sonra kompensasiya 2000 AZN-ə qədər qaldırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar