Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda bu klinika bağlanır - Rəsmi

Baxılıb: 844     Tarix: 24-01-2025 13:11   

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib.
Qanunvehedef.az Mərkəzə istinadən xəbər verir ki, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib, həmçinin “temperatur qeydiyyat vərəqəsi” də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “radioloji-gigiyenik pasport sənədi” yoxlamaya təqdim olunmayıb.
Müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, “cərrahi-stomatoloji”, “rentgenoloji”, “diş texniki” işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.
Həmçinin müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi də müəyyən olunub.
Xüsusilə qeyd edək ki, yoxlama zamanı baş həkim Rəna Soltanova, klinikanın rəhbəri Yeganə Cəfərova tərəfindən AEM-in yoxlayıcı-mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirilib (qışqırıb, telefonu AEM-in mütəxəssislərinin üzərinə çırpıb və yuxarı instansiyalara şikayət edərək işdən çıxartdırmaqla hədələyiblər) və müqavimət göstərilib. Yoxlamanın nəticəsində tərtib edilən aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina ediblər.
Baş verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.  Mövcud qanunvericiliyə əsasən, klinikanın fəaliyyətinin dayandırılması istiqamətində zəruri tədbirlər görülür.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking