Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Müavinət və təqaüd artımı gözləyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Baxılıb: 797     Tarix: 07-02-2025 11:41   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı, bəzi sahələrdə əməkhaqları ilə yanaşı, yaxın aylarda sosial müavinətlər və təqaüdlərin də artırılacağını açıqlayıb.
BAKU.WS-in məlumatına görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı çərçivəsində icra edilən yeni sosial islahat paketi minimum pensiyanın da yüksəldilməsini təmin edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Nazirlər Kabineti üç ay ərzində müvafiq təkliflər və maliyyə qiymətləndirilməsini hazırlayaraq dövlət başçısına təqdim edəcək: "Mart ayının ikinci yarısında bu proses yekunlaşacaq və nəticədə sosial müavinət və təqaüdlərdə artımlar müşahidə olunacaq".
Xatırladaq ki, sosial müavinət və təqaüdlərin artırılması əhalinin rifahına birbaşa təsir göstərəcək. Xüsusilə aztəminatlı ailələr, pensiyaçılar və əlilliyi olan şəxslər üçün bu dəyişiklik maddi vəziyyətin yaxşılaşmasına səbəb olaacaq. Artımlar alıcılıq qabiliyyətinin yüksəlməsinə və daxili bazarda istehlak xərclərinin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni qanuna əsasən, 2025-ci il fevralın 1-dən etibarən minimum pensiya məbləği 280 manatdan 40 manat artırılaraq 320 manata çatdırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar