Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər

Baxılıb: 771     Tarix: 13-02-2025 14:20   

“Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyati əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxdur”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin piyadalara müraciətində bildirilib.
Qeyd edilib ki, son sutkada Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri də təyin edilməmiş yerdən yolun keçilməsinə görə baş verib.
Belə ki, fevralın 12-si saat 07 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalının idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib.
Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına laqeyd yanaşmamağa çağırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar