Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Horadiz-Ağbənd dəmiryol xəttindinin 65%-i tamamlanıb- Video

Baxılıb: 1 149     Tarix: 17-02-2025 16:14   

Horadiz-Ağbənd dəmiryol xəttində ikinci tunelin qazma işləri yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupundan verilən məlumata görə, Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62%-i tamamlanıb.
“Ox üzrə uzunluğu 110,4 km olan yolun 104 və 106-cı km-lərində dəmiryol tunelləri inşa olunur. Tunellərdən biri (104-cü km) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı km) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı km-də uzunluğu 1 071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65%-i tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək”, - deyə məlumatda qeyd edilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar