Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi”

Baxılıb: 1 154     Tarix: 18-02-2025 12:13   

“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu Əməkdar jurnalist Afət Telmanqızı mənzilinin kirayəşin tərəfindən qarət edilməsi ilə bağlı operativ reaksiyaya görə DİN rəhbərinə təşəkküründə bildirib.
“İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, ötən gün Afət Telmanqızı Şəmkir rayon sakini Aygün Cavadova adlı şəxsin yanvarın 15-dən kirayənişin kimi evinə yerləşdiyini, qısa müddət sonra kompüter, planşet, telefon və digər əşyalarını oğurlayaraq qaçdığını açıqlamışdı. O, məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar