Xəbər lenti
Arxiv
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

Baxılıb: 734     Tarix: 19-02-2025 11:45   

Azərbaycanda yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçirilib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq Qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.
Ədliyyə Nazirliyi fəaliyyət istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.
Bu istiqamətdə nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.
Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.
“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.

Qanunvehedef.azшаблоны для dle 11.2