Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bəzi ərazilərə qar yağır

Baxılıb: 992     Tarix: 20-02-2025 12:56   

Bu gün saat 12:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata əsasən, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.
Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Tovuz, Qazax, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şahdağ, Şabran, Yardımlı, Lerikdə qar yağır.
Bakıda və Abşeron yarımadasında isə arabir sulu qar müşahidə olunur.
Naxçıvan, Şahbuz, Naftalan, Oğuz, İsmayıllı, Füzuli, Xocalı, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Lənkəran, Astarada yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 5, Naxçıvan MR-da 4 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar