Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Soyuq hava neçə gün davam edəcək?

Baxılıb: 825     Tarix: 20-02-2025 14:37   

Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək.
“Qafqazinfo”nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq: “Bu müddət ərzində havanın temperaturunun 0-3 dərəcə şaxta olacağı,  fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır”.
Nazirlik sözçüsü Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar