Xəbər lenti
13/03/2025 [14:09]
Sabah 26° isti olacaq
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabah ilin ilk Ay tutulması olacaq

Baxılıb: 545     Tarix: 13-03-2025 11:11   

Sabah ilin ilk Ay tutulması baş verəcək. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq. Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.
Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerin orbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 5 dərəcə fərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir.
Qeyd edək ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar