Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qarabağa köçən və işləyənlərin sayı məlum oldu

Baxılıb: 521     Tarix: 14-03-2025 13:23   

İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb və evlərlə təmin edilib.
Qanunvehedef.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bidirilib ki, indiyədək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10 233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə və Xocalı rayonlarına köçürülməsi təmin olunub.
Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 5347,2 mln. manat vəsait ayrılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar