Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ağdam şəhərinə ilk köçün vaxtı açıqlandı

Baxılıb: 545     Tarix: 03-04-2025 14:37   

“İşğaldan azad olunmuş Ağdam şəhərinə bu ilin oktyabr-noyabr aylarında ilk köçün həyata keçirilməsi planlaşdırılır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, yaxın vaxtlarda rayonun Xıdırlı və Kəngərli kəndlərinə də ilk köç olacaq: “Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilib. Bundan başqa, bütün qeyri-yaşayış obyektlərinin də tikintisi başa çatıb. Tamamlanma işləri görülüb. Tezliklə o kəndlərin sakinlərini qəbul etməyə hazırıq. Ağdam şəhərində isə 5 məhəllənin inşası nəzərdə tutulub. Onlardan birinin tikintisinə başlanılıb. Şəhərə oktyabr-noyabr aylarında ilk köç planlaşdırılır.
Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq. 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Şəhərin 500 hektarlıq ərazisində müxtəlif infrastruktur obyektləri, muğam mərkəzi inşa olunacaq. İmarət Kompleksi hazırdır, Cümə məscidi restavrasiya olunub. İşğal və Zəfər muzeyləri inşa ediləcək. 2026-cı ilin sonuna qədər yaşayış üçün zəruri olan bütün məsələlərin tamamlanması nəzərdə tutulub”.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/az-az/ . Buy yes2win blackhat skill google seo ranking