Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nuridə Allahyarova "Yeni Klinika"dan getdi

Baxılıb: 525     Tarix: 18-04-2025 13:17   

"Yeni Klinika"nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova vəzifəsindən ayrılıb.
Qanunvehedef.az xəbər verir ki, N.Allahyarova bu barədə sosial şəbəkə hesabında məlumat verib.
"Əziz dostlar! Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim-ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa, üzr istəyirəm, mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbirlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm.
Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur", - N.Allahyarova bildirib.
Qeyd edək ki, o, 2023-cü ildən bu vəzifədə çalışırdı. Daha əvvəl dövlət qurumlarında və televiziya kanallarında müxtəlif vəzifələrdə çalışıb.

Qanunvehedef.azшаблоны для dle 11.2