Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məhkəmə "TikTok"er İlhamə ilə bağlı qərarını açıqladı

Baxılıb: 794     Tarix: 21-04-2025 12:49   

"TikTok"da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.
Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Qanunvehedef.az



{sape_links}{sape_article}