Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Baş nazir Əli Əsədov imzalayıb

Baxılıb: 448     Tarix: 22-04-2025 15:11   

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında qərarlar qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qərarları Baş nazir Əli Əsədov imzalayıb.
Eyni zamanda, Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.
Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, gömrükçülərin aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.
Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar olaraq xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmasını və ödənilməsini təmin etmək həvalə olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



https://mostbet-giris-az1.com/az-az/ . Buy yes2win blackhat skill google seo ranking