Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
19/08/2025 [11:26]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
19/08/2025 [11:14]
Bu rayonlar qazsız qaldı
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İnzibati cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Baxılıb: 515     Tarix: 20-05-2025 12:57   

Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Qanunvehedef.az Teleqraf-a istinadla xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edililəcək.
Həmçinin inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəniləcək. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə bu Məcəllənin 57-1.1-ci və 57-1.4-cü maddələrinə uyğun olaraq veriləcək.
İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və "İcmal" informasiya sisteminə göndəriləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Mostbet AZ