Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

Baxılıb: 717     Tarix: 20-05-2025 13:11   

İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edəcək.
Qanunvehedef.az xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “İcra məmurları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qüvvədə olan qanunvericiliyinə görə, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.
Həmçinin qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 11 manat, borclu hüquqi şəxsdən isə 55 manat miqdarında icra ödənişi alınır.
Layihəyə əsasən, isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat miqdarında icra ödənişi alınacaq.
Bundan əlavə, xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanuna uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla biləcək.

Qanunvehedef.az



{sape_links}{sape_article}