Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
19/08/2025 [11:26]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
19/08/2025 [11:14]
Bu rayonlar qazsız qaldı
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Emin Əmrullayev beynəlxalq reytinq agentliyinin rəhbərliyi ilə görüşdü

Baxılıb: 437     Tarix: 21-05-2025 11:23   

Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub.
Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Belə ki, 16-19 iyun tarixlərində THE tərəfindən Türkiyənin İstanbul şəhərində keçiriləcək “Qlobal Davamlı İnkişaf Konqresi”ndə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı və aparıcı universitetlərimizin Azərbaycan pavilyonunda təmsil olunması nəzərdə tutulur.
Əlavə olaraq, 24-25 sentyabr tarixlərində Bakı şəhərində ilk dəfə “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda keçiriləcək “THE Avrasiya Universitetlərinin Sammiti”nə hazırlıq prosesi müzakirə olunub. Belə ki, sözügedən sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən çox spikerin və 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



mostbet az