Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

525 saylı marşrutda biabırçı vəziyyət - Video

Baxılıb: 734     Tarix: 20-06-2025 10:36   

Bakının mərkəzində fəaliyyət göstərən və əksər qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazıra və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.
Qanunvehedef.az xəbər verir ki, 525 saylı xətdəki acınacaqlı vəziyyətlə bağlı növbəti görüntülər Baku.ws-in “qaynar xətti”nə göndərilib.
İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.
Masazır sakinləri bildirir ki, avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar