Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb

Baxılıb: 985     Tarix: 23-07-2026 12:13   

Rusiyanın internet mağazalarından Azərbaycana verilən bəzi sifarişlər ləğv olunmağa başlayıb.

Qanunvehedef.az Musavat.com -a istinadla xəbər verir ki, bu barədə BT NEWS məlumat yayıb.

Məlumata görə, Azərbaycandakı bir çox müştəriyə sifarişlərinin ləğv edildiyi barədə bildirişlər göndərilir. Bildirişlərdə Rusiyadan Azərbaycana malların çatdırılmasının hazırda mümkün olmadığı qeyd olunur.

İlkin ehtimallara əsasən, yaranmış fasilələr Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyadakı iri ticarət və logistika anbarlarına endirdiyi zərbələrin nəticəsi ilə əlaqədardır. Bildirilir ki, anbar infrastrukturuna dəyən ziyan beynəlxalq sifarişlərin bir hissəsinin emalı və göndərilməsinin müvəqqəti dayanmasına səbəb olub.

Hələlik Rusiya tərəfi sifarişlərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də çatdırılmalardakı problemlərin məhz dron hücumları ilə bağlı olması rəsmi şəkildə təsdiqlənməyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar