Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ermənilərin dünyanı “şoka salan” dronu – Video

Baxılıb: 820     Tarix: 20-05-2020 20:33   

Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yeni “super” dronlarını sınaqdan keçiriblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, dron Qarabağdakı separatçı-terrorçu “ordu”nun mütəxəssisləri tərəfindən hazırlanıb və “modernləşdirilib”.
Pilotsuz uçuş aparatının yüksək dəqiqliyə malik olduğu və texniki cəhətdən aparıcı ölkələrin oxşar dronlarından geri qalmadığı qeyd olunub. Erməni mediasının təqdim etdiyi bu məlumatdan sonra sözügedən dronun sınaq videosuna baxanda onun inanılmaz “üstünlükləri” ilə bağlı əsl həqiqət ortaya çıxır.
Əvvəla, qeyd edək ki, düşmənin hazırladığı bu aparata dron demək mümkün deyil. Belə ki, sözügedən aparat dron üçün lazım olan iki əsas funksiyanı - hədəfi aşkar edib, məhv etmək tapşırığını yerinə yetirə bilmir. Biz bunu saytın təqdim etdiyi videodan da görürük. Videoda bu iki hala diqqət edin:
1. Dron hədəfə dəymir – çünki qeyri-dəqiqdir.
2. Güclü partlayış müşahidə edilmir və hədəf heç bir zərər görmür.
Yəni erməni “mütəxəssis”lərinin hazırladığı bu dron heç “Molotov kokteyli” qədər effektli partlayışa səbəb ola bilmir.
Bu “dron”un yükdaşıma qabiliyyəti haqda da heç bir məlumat yoxdur. Zatən, yükdaşıma – bombadaşıma qabiliyyəti olsa, nümayiş etdirlərdi.
Digər tərəfdən, “kamikadze” olduğu üçün funksiyası və “partlayış gücü” elə bundan ibarətdir ki, onu da nümayiş etdiriblər.
Əlbəttə, Azərbaycan Ordusunun hazırda keçirdiyi hərbi təlimlərdə nümayiş olunan hərbi texnika, silahlar düşməndə qorxu yaradır. Buna görə də Qarabağdakı separatı rejim erməniləri sakitləşdirmək üçün belə xəbərlər tirajlayır. Lakin nəinki hərbi savadı olan şəxslər, hətta sıravi vətəndaşlar da bu kadrlara baxanda görür ki, ermənilərin yaratdığı bu “dron” oyuncaqdır.
Ermənilər PUA-ların, kamikadze dronların nə olduğunu 2016-cı ilin Aprel döyüşlərdən görüblər.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar