Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri azərbaycanlıdır

Baxılıb: 617     Tarix: 22-03-2020 16:18   

Gürcüstanda bu gün koronavirus diaqnozu qoyulan pasiyentlərdən biri Marneuli sakini olan azərbaycanlı qadındır. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Məlumata əsasən, həmin şəxs dörd gün öncə pnevmoniya diaqnozu ilə Marneulidəki xəstəxanalardan birinə yerləşdirilib.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneuli bölməsindən bildirilib ki, koronavirus infeksiyasına yoluxan orta yaşlı qadın Azərbaycandan gələn bacısı ilə kontakda olub.
Hazırda pasiyentin kontakda olduğu bütün şəxslər müəyyən olunur.
Qeyd edək ki, Gürcüstanda koronavirusa 54 yoluxma halı təsdiqlənib. Pasiyentlərin üçü tam sağalıb. Karantində 2 956, stasionar nəzarətdə isə 291 nəfər saxlanılır. 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar